Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
 

Mübariz Mənsimov telekanala 500 min dollar verəcək

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov “Beşiktaş” klubunun televiziyasının (BJK TV) yenidən qurulması və “İnönü” stadionundakı studiyaların təzələnməsi layihəsinin məsrəflərini öz üzərinə götürüb.

mensimov5

Türkiyə mətbuatına istinadən verilən məlumata görə, 19 martda yayıma başlanması nəzərdə tutulan telekanalla bağlı xərclər 500 min dollar təşkil edəcək. 

Lakin “İnönü” stadionunun yenilənməsinin gözlənildiyi və təzə stadion layihəsi daim gündəmə gətirildiyi halda, “BJK TV” üçün 500 min dollarlıq sərmayənin qoyulması və stadionda çalışmalara start verilməsi təzad kimi dəyərləndirilir. 

Qeyd edək ki, Türkiyə Superliqasında qalan 11 matçından 33 xalla ayrılaraq, çempion olacaqları halda, “Beşiktaş” futbolçuları rəhbərlik tərəfindən 600 min türk lirəsi ilə mükafatlandırılacaqlar. Üstəlik, Mənsimov bu məbləği daha da yüksəldə bilər. “Palmali” Şirkətlər Qrupunun rəhbəri ötən il Türkiyə kubokunu qazandığı üçün “Beşiktaş”a 500 min dollar mükafat vermişdi. 

 

Bunlarıda oxuya bilərsiniz

 
10.03.2010
Qazancim.az
                       Klik
Share |






 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər