Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
 

"Forbes"ə adı düşən azərbaycanlı milyarderlər

Öz gücləri və əzmləri bahasına gəlir eldə edən həmyerlilərimizin gəlirləri 1 milyard dolları keçir

mensimov6

 





 


Mübariz Mənsimov

Cəmi varı:

$1.1 milyard (son 1 ildə dəyişməyib)

Uğuru:

Özünün hesabına

Mənbəyi:

Dənizçilik

Yaşı:

42

Vətəndaşlığı:

Türkiyə

Yaşadığı yer:

İstanbul

Təhsili:

Məlumat yoxdur

Ailə vəziyyəti:

Evlidir, 2 uşaq

Keçmiş əsgərin nəvəsi 13 yaşındaikən hərbi məktəbə getməyə başlayıb. Keçmiş Sovet təhlükəsizlik qurumlarında işləyəndə 1985-ci ildə Şərqi Almaniyaya göndərilib. Dörd ildən sonra bu istefaya çıxıb və həmin vaxt 20.000 rubl vəsaiti olub. Daha sonra gəmilərdə bir il yarım aşpaz kimi işləyib. Sovet dövründə, özəlləşdirmə başlayan zaman heç kimə lazım olmayan bir köhnə gəmini alıb və təmir edib.  İndi onun Palmali Qrupunda neft daşıyan 200 gəmisi var. 2006-cı ildə bu Azərbaycan vətəndaşı Türkiyə vətəndaşlığını qəbul edib və iki ildən sonra soyadını Mənsimovdan Qurbanoğlu-ya dəyişib. Gecə cəmi 4 saat yatır; ayda ən azı 120 saat təyyarələrdə keçirir.  Heyvanları sevir və 12 iti var; bundan əlavə botanika bağına oxşar İstanbul ofisində itləri və meymunları saxlayır. Küçə heyvanları üçün Rusiya və Azərbaycanda xüsusi saxlanc yerləri tikdirib. 

                   Klik

vahid_a









Vahid Ələkbərov

Cəmi varı:

$10.6  milyard (son 1 ilə artıb)

Uğuru:

Özünün hesabına

Mənbəyi:

Lukoil

Yaşı:

59

Vətəndaşlığı:

Rusiya

Yaşadığı yer:

Moska

Təhsili:

Azərbaycan Neft-Kimya İnstitutu, Bakalavr

Ailə vəziyyəti:

Evlidir, 1 uşaq

Xəzər dənizində netçi işləyib və yavaş-yavaş Sovet neft sənayesinin nazir müavininə kimi böyüyüb. 1991-ci ildə neft yataqlarını idarə edən üç böyük nazirliyi birləşdirib və Lukoil şirkətini yaradıb. Hazırda Rusiyanın ən böyük özəl neft şirkəti olan Lukoil-in prezidentidir. Şirkətin 20%-i ona məxsusdur.  Lukoil yataqlarının həcminə görə dünyada ikincidir və yalnız ExxonMobil-dən geri qalır. 2009-cu ildə şirkət İraqdakı nəhəng Qərbi Qurna-2 neft yatağında qazıntı işləri aparmaq hüququnu qazanıb. Bu yataq dünyada ən böyüklərdən biridir. Vladimir Putinlə yaxşı münasibətləri var.  


11.03.2010
Qazancim.az

                  Klik

Share |






 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər